Ukrayna tərəfdaş ölkələrə müraciət edib

Ukrayna tərəfdaş ölkələrə müraciət edib Rusiya ordusunun hücumlarına çoxlu insan tələfatı bahasına Aİ və NATO hüdudladında sinə gərən Ukrayna tərəfdaşlarını ən qısa zamanda Ukrayna səmasını bağlamağa, habelə hava müdafiə və raketlərdən müdafiə sistemləri tədarük etməyə çağırır.
Region
16 Mart , 2022 15:57
Ukrayna tərəfdaş ölkələrə müraciət edib

Ukrayna tərəfdaşlarını ən qısa zamanda Ukrayna səmasını bağlamağa, habelə hava hücumundan müdafiə və raketlərdən müdafiə sistemləri tədarük etməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

"Yalnız birgə səylərlə beynəlxalq ədaləti bərpa edə, Avropada sabitlik və təhlükəsizlik üçün təhdidləri sovuşdura bilərik” – deyə bəyanatda vurğulanır.

Rusiyanın hərbi əməliyyatlarının dayandırılaraq Krım da daxil olmaqla Ukraynanın bütün torpaqlarından hərbi qüvvələrini çıxarmasının, müharibə zamanı vurulan ziyanın ödənməsinin vacib olduğu da bildirilir:

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da artırılması üçün Ukrayna tərəfdaşları ilə çalışmağa davam edəcək”.

Son xəbərlər

Orphus sistemi