Ukrayna Təhlükəsizlik Xidməti: "Son 6 ayda 360 rus agenti ifşa edilib və saxlanılıb”

Ukrayna Təhlükəsizlik Xidməti: "Son 6 ayda 360 rus agenti ifşa edilib və saxlanılıb” “Son 6 ayda Ukraynada 360 rus agenti ifşa edilib və saxlanılıb”.
Region
28 Fevral , 2023 14:45
Ukrayna Təhlükəsizlik Xidməti: Son 6 ayda 360 rus agenti ifşa edilib və saxlanılıb”

“Son 6 ayda Ukraynada 360 rus agenti ifşa edilib və saxlanılıb”.

“Report” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk “The Independent” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin dostu Viktor Medvedçuk kimi tanınmış simalardan tutmuş Ukrayna qüvvələrinin harada olması barədə məlumat toplamaq istəyən siravi vətəndaşlara qədər hər kəs Ukrayna Təhlükəsizlik Xidmətinin hədəfindədir.

V.Malyuk bildirib ki, Rusiya onilliklər ərzində Ukraynanın müxtəlif orqanlarında, o cümlədən dövlət orqanlarında, kilsədə, hərbi sənaye kompleksində öz agentlərini yerləşdirib: "Fiziki və kiberhücumlara baxmayaraq, Ukrayna qalib gələcək".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi