Ukraynada tanınmış oliqarx və sabiq nazirin evində axtarış aparılır - YENİLƏNİB

Ukraynada tanınmış oliqarx və sabiq nazirin evində axtarış aparılır - YENİLƏNİB Ukrayna Təhlükəsizlik Xidməti oliqarx İqor Kolomoyskinin evində axtarış aparır.
Region
1 Fevral , 2023 13:35
Ukraynada tanınmış oliqarx və sabiq nazirin evində axtarış aparılır - YENİLƏNİB

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış aparılır. 

"Report" xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bildirilib ki, bu, Daxili İşlər Nazirliyinin rəhbərliyinin öldüyü Brovarıda baş vermiş helikopter qəzası ilə bağlıdır.

Belə ki, söhbət hələ Avakovun nazirliyə rəhbərlik etdiyi günlərdə Fransadan “Airbus” helikopterlərinin alınmasından gedir.

Bu barədə eks-nazir mətbuata açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyini “H-225”, “H-145” və “H-125” helikopterləri ilə təmin edən Fransanın “Airbus Helicopter” şirkəti ilə altı illik müqavilələri nəzərdən keçiriblər.

13:08

Ukrayna Təhlükəsizlik Xidməti oliqarx İqor Kolomoyskinin evində axtarış aparır.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Bildirilib ki, bu, “Ukrtatneft” və “Ukrnafta” şirkətlərində maliyyə fırıldaqları ilə bağlıdır.

Hazırda məlumdur ki, söhbət ümumi məbləği 40 milyard qriven olan neft məhsullarının israf edilməsindən gedir. Üstəlik, buraya gömrük ödənişlərindən yayınmalar da daxildir.

Son xəbərlər

Orphus sistemi