Ukrayna SQ: "Rusiya PUA-larla kəşfiyyat uçuşları aparır, kütləvi raket hücumuna hazırlaşır"

Ukrayna SQ: "Rusiya PUA-larla kəşfiyyat uçuşları aparır, kütləvi raket hücumuna hazırlaşır" Rusiya qoşunları Ukraynanın cənubunda pilotsuz uçuş aparatları (PUA) ilə kəşfiyyat uçuşları aparır.
Region
25 iyun 2023 07:54
Ukrayna SQ: Rusiya PUA-larla kəşfiyyat uçuşları aparır, kütləvi raket hücumuna hazırlaşır

Rusiya qoşunları Ukraynanın cənubunda pilotsuz uçuş aparatları (PUA) ilə kəşfiyyat uçuşları aparır.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

O bildirib ki, bu, yeni kütləvi raket hücumlarına hazırlıq üçündür: “Görünür, düşmən növbəti hücumlar üçün məlumatlar toplayır”.

N.Qumenyukun sözlərinə görə, qarşı tərəf cəbhədə uğur qazana bilməyəndə kütləvi raket hücumları həyata keçirir: “Onlar bunu “qələbə” kimi təqdim edirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi