Ukrayna Rusiya ərazisinə zərbə endirib, Voronejdə fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB

Ukrayna Rusiya ərazisinə zərbə endirib, Voronejdə fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Region
16 Yanvar , 2024 10:05
Ukrayna Rusiya ərazisinə zərbə endirib, Voronejdə fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.

“Report” xəbər verir ki, bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.

O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.

Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.

Vilayətin qubernatoru Aleksandr Qusev bildirib ki, Ukraynanın PUA zərbələri nəticəsində 35 mənzilə ziyan dəyib.

09:41

Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi