Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi məlum olub

Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi məlum olub Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında keçirilən danışıqların 4-cü raundunda müzakirə olunan mövzular məlum olub
Region
15 Mart , 2022 17:10
Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi məlum olub

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında keçirilən danışıqların 4-cü raundunda müzakirə olunan mövzular məlum olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Danışıqlar davam edir. Əsas danışıqlar platformasında məsləhətləşmələr bərpa olunub. Nizamlanmanın ümumi məsələləri, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması müzakirə olunur”, - Kiyev rəsmisi vurğulayıb.

Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu keçirilib, lakin müzakirələr tam yekunlaşmayıb və axşam saatlarında texniki fasilə elan olunub. Tərəflər danışıqların bu gün, martın 15-də davam etdirilməsi barədə razılıq əldə etmişdilər.

Son xəbərlər

Orphus sistemi