Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə sanksiya tətbiq edib

Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə sanksiya tətbiq edib Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.
Region
24 Yanvar , 2023 12:54
Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə sanksiya tətbiq edib

Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir, müvafiq sənədi Prezident Volodimir Zelenski imzalayıb.

Sənədə əsasən, sanksiya siyahısına kilsənin cəmiyyət və media ilə əlaqələri üzrə sinodal departamentinin rəhbəri Vladimir Leqoyda və onun müavini Vaxtanq Kipşidze, xarici kilsə əlaqələri departamentinin rəhbəri, Volokolamsk mitropoliti Antoni və sair daxil edilib.

Bundan başqa, Patriarx Kirilin qohumu, protoierey Mixail Qundyayevə, protoierey Andrey Tkaçevə, protoierey Artemi Vladimirova qarşı sanksiya tətbiq edilib.

Bu sanksiyalarla aktivlərin dondurulması, qiymətli kağızlarla əməliyyatların qadağan edilməsi, resursların Ukrayna ərazisindən daşınması və tranziti ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi