Ukrayna rəsmisi: “Azərbaycandan aldığımız minatəmizləmə maşınları işlərimizi sürətləndirəcək” - FOTOREPORTAJ

Ukrayna rəsmisi: “Azərbaycandan aldığımız minatəmizləmə maşınları işlərimizi sürətləndirəcək” - FOTOREPORTAJ Azərbaycandan Ukraynaya humanitar yardım çərçivəsində minatəmizləmə maşını göndərilib. "Report"un Şərqi Avropa bürosu texnikanın qəbul edildiyi ərazidə olub, fotoreportaj hazırlayıb.
Region
17 Yanvar , 2024 16:16
Ukrayna rəsmisi: “Azərbaycandan aldığımız minatəmizləmə maşınları işlərimizi sürətləndirəcək” - FOTOREPORTAJ

Azərbaycandan Ukraynaya humanitar yardım çərçivəsində minatəmizləmə maşını göndərilib.
"Report"un Şərqi Avropa bürosu texnikanın qəbul edildiyi ərazidə olub, fotoreportaj hazırlayıb.

Hazırda ölkədə sərt hava şəraiti səbəbindən kütləvi minatəmizləmə prosesinə qısa ara verilib. Yaza doğru Ukraynanın müvafiq qurumları yeni qüvvə ilə bu prosesə başlayacaqlar ki, burada da əsas rolu Azərbaycanın göndərdiyi xüsusi minatəmizləmə maşını oynayacaq. Ukrayna Dövlət Xidmətinin instruktoru bildirib ki, müharibə ərzində ölkənin bir sıra əraziləri ən müxtəlif minalar ilə çirkləndirilib. Bu, maşın demək olar ki əksər minalara qarşı əlverişlidir. Hazırda maşın Poltava vilayəti ərazisində olsa da, müxtəlif vilayətlərdə ondan istifadə olunacaq.
Ukrayna Fövqəladə hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə rəis əvəzi Dmitro Beskosti bildirib ki, azərbaycanlı mütəxəssislər maşının işlədilməsi ilə bağlı onlara təlim keçib. Fövqəladə hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da tezliklə müvafiq ərazilərdə mina təmizləməyə başlayacaqlar. O, Azərbaycanın bu maşından yenə yardım edəcəyinə ümid edir:

"Ötən ilin noyabr-dekabr ayları ərzində biz Azərbaycandan mexanikləşdirilmiş minatəmizləmə maşını almışıq. Bu, istehkamçılarımızın işi üçün vacib yardımdır. Çünki Rusiyanın başlatdığı müharibədən sonra Ukrayna ərazisinin böyük bir hissəsi müxtəlif minalarla çirklənib. Bu gün bu tip maşınlar ölkəmiz üçün son dərəcə zəruridir. Əvvəla, onlardan ən vacibi istehkamçının işinin təhlükəsizliyinin artmasıdır”.

Əlavə edib ki, vacib məqam odur ki, minatəmizləmə işləri sürətləndiriləcək. Bu, həm də o deməkdir ki, dövlətimiz mümkün qədər tez normal həyata qayıdır və bütün azad ərazilərə çıxış əldə edir: “Bu gün bu maşın Ukraynada Azərbaycan avtomobilinin ilk nümunəsidir. Biz gələcək əməkdaşlığa ümid edirik və bu cür köməyə görə çox minnətdarıq. Azərbaycanlı mütəxəssislər bir aya yaxın bizim pirotexniklərimizə təlimlər keçdilər. Mütəxəssislərimizə bu avadanlığın iş şəraiti, texniki xidmət şərtləri, təmir qaydası və s. xüsusiyyətləri haqqında məlumat veriblər”.

“Ümid edirik ki, yaxın gələcəkdə ehtiyac yarandıqda biz ondan praktiki olaraq istifadə edə biləcəyik. Bu zaman onun işinin keyfiyyəti, üstünlükləri və s. haqqında daha yaxşı məlumatımız olacaq. Bu tip maşınlar zamanla daha çox olacaq. Minalarla çirklənmiş təhlükəli ərazilər təxminən 174 min kvadrat kilometr təşkil edir. Bu, faktiki olaraq Ukrayna ərazisinin 30 faizini təşkil edir.

Müharibədən sonra minatəmizləmə müddəti bir çox amillərdən asılı olacaq. Birinci amil bu cür avadanlıqların miqdarıdır. İkinci amil həm bu avadanlıqda işləyə biləcək insanların sayıdır, həm də ərazilərin böyük əksəriyyəti əl ilə minalardan təmizlənməyə məruz qalacaq", - Ukrayna rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi