Ukrayna Prezidenti: “Xerson, Melitopol, Berdyansk işğaldan azad ediləcək”

Ukrayna Prezidenti: “Xerson, Melitopol, Berdyansk işğaldan azad ediləcək” Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk və digər şəhərlərin işğalından azad ediləcəyini vəd edib.
Region
1 May , 2022 01:32
Ukrayna Prezidenti: “Xerson, Melitopol, Berdyansk işğaldan azad ediləcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk və digər şəhərlərin işğalından azad ediləcəyini vəd verib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciəti zamanı deyib.

"Təbii ki, qarşıda hələ çox iş var. Torpaqlarımızda olan işğalçılar qondarma əməliyyatlarının aşkar uğursuzluğunu hələ də dərk etmirlər. Biz hələ də döyüşməli və bütün qüvvələrimizi işğalçıları qovmaq üçün yönəltməliyik. Biz bunu edirik. Ukrayna azad olunacaq. Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk, Dneprudne və bütün digər müvəqqəti qəsb olunmuş şəhərlər, işğalçıların özlərini sahibi kimi göstərdikləri icmalar azad ediləcəklər”, - Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna bayrağı harada olmalıdırsa, oraya qayıdacaq.

“Rusiyanın hətta öz ərazisində belə təmin edə bilmədiyi normal həyatla birgə qayıdacağıq”, - Zelenski vurğulayıb.

Son xəbərlər

Orphus sistemi