​Ukrayna prezidenti: "Desentralizasiya ərazi bütövlüyü və müstəqilliyə şamil edilməyəcək"

​Ukrayna prezidenti: "Desentralizasiya ərazi bütövlüyü və müstəqilliyə şamil edilməyəcək" Pyotr Poroşenko: "Bir sıra məsələlər var ki, orada mərkəzin rolu artırılmalıdır"
Region
6 Aprel , 2015 16:10
​Ukrayna prezidenti: Desentralizasiya ərazi bütövlüyü və müstəqilliyə şamil edilməyəcək

Bakı. 6 aprel. REPORT.AZ/ "Desentralizasiya müdafiə sənayesi, milli təhlükəsizlik və xarici siyasətə aid olmayacaq". "Report" "UNN" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasının ilk iclasında bəyan edib.

"Bi sıra məsələlər var ki, orada mərkəzin rolu artırılmalıdır. Bura müdafiə, milli təhlükəsizlik, xarici siyasət məsələləri daxildir", - o vurğulayıb.

Ukrayna dövlət başçısının sözlərinə görə, desentralizasiya hüquq və vətəndaş azadlığı, suverenliyin təmin edilməsi, ərazi bütövlüyü və Ukraynanın müstəqilliyinə şamil edilməyəcək.

Aprelin 6-da Pyotr Poroşenko bəyan edib ki, Konstitusiya komissiyası vacib sayarsa, o zaman ölkənin federallaşması məsələsini referenduma çıxarmağa hazırdır. 

Son xəbərlər

Orphus sistemi