“Bayraktar” məsələsinə gəldikdə isə bunlar bizim dronlardır, bizim birgə (Türkiyə ilə - red.) istehsal olunmuş çox sayda dronlarımız var”.
Bunu “Report”un Şərqi Avropa bürosunun müxbirinin sualını cavablandırarkən Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.
“Biz bu texnologiyadan istifadə edirik. Amma bütün hörmətimlə səmimi deyirəm ki, bu, fərqli bir müharibədir. Ekspertlər deyirlər ki, 21-ci əsrdə heç biri ilə müqayisə oluna bilməz. Bu və ya başqa dronlar kömək edə bilər, lakin nəticəyə təsir göstərmir. Çünki raketlərin, artilleriyanın, hava hücumundan müdafiə sistemi məsələsi də var. Əlbəttə ki, Rusiya Federasiyasının digər müstəqil dövlətlərin ərazisində apardığı müharibələrin heç birində bu cür məhvedilmə olmayıb. Bu qədər ağır texnika, bu qədər hərbi ədəbsizlik heç vaxt olmayıb. Ümid edirəm, belə şeylər digər ölkələrin ərazisində bir daha yaşanmaz. Onları dayandırmaq bizim payımıza, ukraynalıların həyatı bahasına başa gəlir”, - dövlət başçısı vurğulayıb.