Ukraynada bir neçə vəzifəli şəxs istefaya göndərilib - YENİLƏNİB-5

Ukraynada bir neçə vəzifəli şəxs istefaya göndərilib - YENİLƏNİB-5 Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko istefa verib.
Region
24 Yanvar , 2023 15:29
Ukraynada bir neçə vəzifəli şəxs istefaya göndərilib - YENİLƏNİB-5

Ukraynanın sosial siyasət nazirinin müavini Vitali Muzıçenka vəzifəsindən azad olunub. 

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, onun istefa verdiyi bildirilir. 

İstefanın səbəbi hələ ki açıqlanmayıb.

13:57

Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker istefa verib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib. 

Nazir müavini vurğulayıb ki, qərarı ilin əvvəlində versə də, bu, indi reallaşıb. 

İstefanın səbəbi açıqlanmayıb. 

İ.Luker əlavə edib ki, gələcək planlarla bağlı təfərrüatlar tezliklə açıqlanacaq.

12:06

Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov istefa verib. 

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, nazir Oliksiy Reznikov istefaya razılıq verib.  

O, ərzaq məhsullarının alınması ilə bağlı qalmaqaldan sonra vəzifəsindən azad edilib. 

11:19

Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko vəzifəsindən azad edilib. 

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski müvafiq sənəd imzalayıb. 

A.Simonenkonun vəzifəsindən azad edilməsinin səbəbi hələ açıqlanmayıb. 

Qeyd edək ki, o, 2022-ci ilin iyul ayında bu vəzifəyə təyin olunmuşdu.

10.40

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenkonun istefasını təsdiqləyib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

10.20

Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefa verib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, onun istefasının səbəbi hələ məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç də istefa verib.

Son xəbərlər

Orphus sistemi