Ukrayna Prezident Ofisi ölkədəki kadr islahatlarına münasibət bildirib

Ukrayna Prezident Ofisi ölkədəki kadr islahatlarına münasibət bildirib “Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.
Region
24 Yanvar , 2023 13:05
Ukrayna Prezident Ofisi ölkədəki kadr islahatlarına münasibət bildirib
Mixail Podolyak

“Prezident Volodimir Zelenskinin kadr islahatları dövlətin əsas prioritetlərini göstərir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir.

M.Podolyak bildirib ki, bu, ictimai tələbin nəticəsidir.

Qeyd edək ki, bu gün Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko və Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko istefaya göndərilib.

Daha əvvəl isə Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç vəzifəsindən azad edilmişdi.

Son xəbərlər

Orphus sistemi