Ukrayna Prezident Ofisi: "Hava hücumundan müdafiə sistemləri vaxtında verilməlidir"

Ukrayna Prezident Ofisi: "Hava hücumundan müdafiə sistemləri vaxtında verilməlidir" “Bizim hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Bu silahların vaxtında verilməsi vacibdir”.
Region
23 Sentyabr , 2022 12:44
Ukrayna Prezident Ofisi: Hava hücumundan müdafiə sistemləri vaxtında verilməlidir
Andrey Yermak

“Bizim hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Bu silahların vaxtında verilməsi vacibdir”.

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.

O bildirib ki, müharibənin yeddinci ayı olmasına baxmayaraq, hələ də vəd verilən silahların tədarükü gecikdirilir: “Həmin silahlar bizə həyatları xilas etmək üçün lazımdır”.

Xatırladaq ki, daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba BMT Baş Assambleyasındakı çıxışı zamanı ölkəsinə zəruri silahların verilməsinin və Rusiyanın məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi