Ukrayna Prezident Ofisi: "Bundan sonra münaqişə dondurulmayacaq"

Ukrayna Prezident Ofisi: "Bundan sonra münaqişə dondurulmayacaq" Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak ölkəsinin əks-hücum əməliyyatlarına münasibət bildirib.
Region
9 Sentyabr , 2022 12:50
Ukrayna Prezident Ofisi: Bundan sonra münaqişə dondurulmayacaq

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna ordusunun son günlər genişlənən əks-hücum əməliyyatlarını şərh edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Beləliklə, Ukrayna öz ərazilərini işğaldan azad etmək qabiliyyətini sübut etdi. İkincisi, biz Qərb silahlarından səmərəli istifadə etdiyimizi göstərdik. Bundan sonra münaqişənin dondurulması prosesi olmayacaq”, - M.Podolyak bildirib.

Müşavir qeyd edib ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır.

Son xəbərlər

Orphus sistemi