Ukrayna Prezident Ofisi: “BMT siyasi dişsizlik nümayiş etdirir”
- 05 sentyabr, 2023
- 11:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“BMT siyasi dişsizlik nümayiş etdirir”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “X”də yazıb.
Onun sözlərinə görə, BMT siyasi dişsizlik və cinayətkara şərait yaratmaq üzrə sonsuz master-klass nümayiş etdirir: “BMT deyir ki, Rusiyanın Ukrayna vətəndaşlarına qarşı soyqırım cinayətləri törətmək niyyəti yoxdur. BMT Ukraynanın şəhər və kəndlərinin yer üzündən silindiyi, 560 gündən çox davam edən genişmiqyaslı müharibəni soyqırım hesab etmir”.
Qeyd edək ki, dünən, sentyabrın 4-də BMT-nin xüsusi komissiyasının rəhbəri Erik Mese bildirib ki, təşkilat Rusiyanın Ukrayna xalqına soyqırım iddiası ilə bağlı kifayət qədər sübut görməyib. Onun sözlərinə görə, soyqırım müəyyən bir qrup insanların fiziki və ya bioloji məhvidir. Ukraynada bu, yoxdur.