Ukrayna Ordusu Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta bilib

Ukrayna Ordusu Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta bilib Ukrayna qoşunları Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta biliblər.
Region
14 May , 2023 06:25
Ukrayna Ordusu Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta bilib

Ukrayna qoşunları Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta biliblər.

“Report” xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) hesabatında deyilib.

Rusiyalı bloqçu bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kurdyumovkanın kənarında (Baxmutdan 14 km cənub-qərb) yeni mövqelər tutub və bu ərazidəki işğalçıları Severski Donets-Donbas kanalının arxasına sıxıblar. O, həmçinin bildirib ki, Ukrayna qüvvələri Predteçinodan (Baxmutdan 16 km cənub-qərb) Klişçevkaya (Baxmutdan 7 km cənub-qərb) doğru irəliləyir.

Mayın 13-ə olan məlumata görə, MAİ mütəxəssisləri Baxmutun cənub-qərbində bu əlavə Ukrayna Ordusunun uğurlarının vizual təsdiqini müşahidə etməyiblər. Mayın 13-nə olan məlumata görə, MAİ Ukrayna qüvvələrinin son əks-hücumlar zamanı Baxmut bölgəsində 16,85 kvadrat kilometr ərazini azad edib. Rusiya mənbələri bu yaxınlarda Ukraynanın Mayorska bölgəsində (Baxmutdan 20 km cənub-qərbdə) Rusiya mövqelərinə etdiyi əks-hücumun nəticələrini əks etdirən kadrlar yayıb və hücumları dəf etdiklərini iddia ediblər.

Son xəbərlər

Orphus sistemi