Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri barəsində beynəlxalq axtarış elan edilib

Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri barəsində beynəlxalq axtarış elan edilib Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupitski barəsində beynəlxalq axtarış elan olunub.
Region
27 May , 2022 16:44
Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri barəsində beynəlxalq axtarış elan edilib

Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupitski barəsində beynəlxalq axtarış elan olunub.

“Report” “Seqodnya”ya istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhəri Podolsk Rayon Məhkəməsi mayın 27-də keçirilən iclasında bu barədə qərar qəbul edib.

Məlumata görə, Tupetskinin vəkilləri Konstantin Doroşenko və Aleksandr Teleşertski iclasa gəlməyərək tədbirin təxirə salınması barədə vəsatət qaldırıblar. Bildirilib ki, bundan sonra məhkəmə keçmiş sədrin qiyabi həbsi haqqında qərar qəbul etməlidir. Tupitski hazırda Avstriyada yaşayır. O, Ukrayna ərazisini qanunsuz tərk edib. 2022-ci ilin aprelində dövlət sərhədinin qanunsuz keçdiyi üçün ona qarşı Dövlət İstintaq Bürosu araşdırmaya başlayıb. Müstəntiqlər hesab edirlər ki, o, sərhədi gömrük nəzarətindən keçmədən və sənədləri yoxlanılmadan keçib.

Bildirilib ki, Rusiya keçmiş sədrdən sabiq prezident Viktor Yanukoviçin hakimiyyətə gətirilməsi üçün istifadə etməyi planlaşdırırmış.

Son xəbərlər

Orphus sistemi