Ukrayna kəşfiyyatı: "Rusiya 2 milyonluq ordu yaratmağa çalışır, səfərbərlik elan olunacaq"
- 13 yanvar, 2023
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“Rusiya 2 milyonluq ordu yaratmağa çalışır. Bunun üçün həmin ölkə yeni səfərbərlik dalğaları keçirəcək”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, buu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Qeyd olunub ki, birinci səfərbərlik dalğası nəticəsində Rusiya Silahlı Qüvvələrinə 300 min nəfər çağırılıb: “Həmin şəxslər qısa hazırlıqdan sonra Ukraynadakı döyüş bölgəsinə göndərilir".
Ukraynanın hərbi kəşfiyyatı istisna etmir ki, Rusiya rəhbərliyi yaxın günlərdə növbəti səfərbərlik dalğası elan edəcək: "Daha 500 min rusiyalı Rusiya Silahlı Qüvvələrinə daxil olacaq ki, bu da həmin ölkəyə strateji ehtiyatlar yaratmağa imkan verəcək”.
Kəşfiyyat məlumatlarına görə, Rusiya artıq yeni səfərbərlik dalğasına hazırlıq görür: “Bunun üçün çağırışın keçirilməsini tənzimləyəcək qanunlara dəyişikliklər edirlər”.