Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya hərbçilərinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini dağıdıb.
"Report"un məlumatına görə, bu barədə "RBC-Ukrayna" Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.
Ukrayna hərbçilərinin zərbələri nəticəsində iki generalın öldüyü bildirilir. Daha bir hərbçi isə ağır yaralanıb.
Hazırda məlumatlar dəqiqləşdirilir.