Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Aleksandrovka, Fedorovka, Ukrainka, Şestakovo, Pobeda yaşayış məntəqələri və Çerkasski Tişki kəndinin bir hissəsinə nəzarəti bərpa edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Novaya Dmitrovka qəsəbəsi istiqamətində də hücuma keçsə də, uğur qazana bilməyib.
Rusiya Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri Bryansk, Kursk və Belqorod vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.
Mövcud məlumatlara görə, qismən Rusiya Federasiyası silahlı qüvvələrinin istifadəsinə verilmiş Rostov vilayətinin Malotokmakski kəndindəki psixiatriya xəstəxanasında 800-ə qədər yaralı və 200-ə qədər rusiyalı hərbçinin meyiti var.