Ukrayna hərbçiləri 4 yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri 4 yaşayış məntəqəsini azad edib Ukrayna Silahlı Qüvvələri Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığındakı 4 yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.
Region
149
4 May , 2022 10:18
Ukrayna hərbçiləri 4 yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığındakı 4 yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın “Cənub” Əməliyyat Komandanlığı yayıb.

Bildirilib ki, ötən sutkada Rusiya bu istiqamətdə 47 canlı qüvvə, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA, bir radiolokasiya stansiyası, bir dezel-generatoru itirib.

Ukrayna Silahlı Qüvvələri bu bölgədə Rusiyanın 7 anbarını, sursat və yanacaq-sürkü materialları aparan karvanını məhv edib.

Son xəbərlər

Orphus sistemi