Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstana müraciət edərək keçmiş prezident Mixeil Saakaşvilini hərbi hospitaldan həbsxanaya qaytarmamağa çağırıb.
“Report” bu barədə nazirliyin
“Mixeil Saakaşvilinin səhhəti buna imkan vermir. Onun əlavə reabilitasiyaya ehtiyacı var”, - nazirlikdən bildirilib.
Xarici İşlər Nazirliyi həm də Ukrayna vətəndaşı olan Saakaşviliyə “hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə” çağırıb.
Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.