Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4 Ukrayna təhlükəsizlik qüvvələri Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərə raket zərbəsi endirib.
Region
30 Dekabr , 2023 23:49
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4

Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaralı sayı 111 nəfər təşkil edir.

19:19

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Belqorod şəhərini atəşə tutması nəticəsində azı 14 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

"Yenilənmiş məlumata görə, Belqorodda 12 böyük və 2 uşaq ölüb. Daha 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb", - nazirlikdən bildiriblər.

18:34

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərinin mərkəzini atəşə tutması nəticəsində 4 uşaq daxil olmaqla, 45 nəfər yaralanıb.

17:30

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, 20 evə ziyan dəyib.

Ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.

16:59

Ukrayna təhlükəsizlik qüvvələri Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərə raket zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə “RBK Ukraina” məumat yayıb.

Bildirilib ki, bu, dekabrın 29-dakı kütləvi raket hücumuna cavabdır.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov qeyd edib ki, hadisə nəticəsində ölənlər olub.

Ukrayna Silahlı Qüvvələrinin zərbəsindən sonra Belqorodun mərkəzi polis bölmələri və Fövqəladə Hallar Nazirliyi tərəfindən bağlanıb. Rayon rəhbəri və Fövqəladə Hallar Nazirliyi şəhər sakinlərini evlərini tərk edərək sığınacağa köçməyə çağırıb.

Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Hadisə nəticəsində 39 adam həlak olub. Ukrayna Prezidenti Volodimir Zelenski buna cavab veriləcəyi barədə xəbərdarlıq etmişdi.

Son xəbərlər

Orphus sistemi