Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələri Krımın müdafiəsini gücləndirir”

Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələri Krımın müdafiəsini gücləndirir” “Ruslar müvəqqəti işğal olunmuş Krım yarımadasının müdafiəsini gücləndirir”.
Region
26 Fevral , 2023 09:05
Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələri Krımın müdafiəsini gücləndirir”

“Rusiya Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Krım yarımadasının müdafiəsini gücləndirir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində yazılıb.

Bildirilib ki, yarımadada yeni istehkamlar tikilir: “Mühəndislik işləri ilə bağlı olaraq Çelyabinsk vilayətindən 150 çağırışçı Krıma gətirilib”.

Məlumata görə, son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələri qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 hava zərbəsi endirib:

“Həmçinin müdafiəçilərimiz düşmənin müxtəlif tipli üç pilotsuz uçuş aparatını – “Orlan-10”, “Supercam S350” və “Lancet-3” PUA-larını vurublar. Raket qoşunları və artilleriya bölmələri idarəetmə məntəqəsini, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 ərazini, radiolokasiya stansiyasını, elektron döyüş stansiyasını, həmçinin qarşı tərəfin daha 2 mühüm hədəfini məhv edib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb.

Xatırladaq ki, dünən Krımın Sevastapol şəhərində Ukrayna bayrağının ucaldılmasına dair məlumat yayılmışdı.

Son xəbərlər

Orphus sistemi