Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 70 mini ötüb” - YENİLƏNİB

Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 70 mini ötüb” - YENİLƏNİB Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk vilayətinin Mayorsk rayonunda hücuma hazırlaşan 300-ə yaxın rusiyalı hərbçini məhv edib.
Region
29 Oktyabr , 2022 10:47
Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 70 mini ötüb” - YENİLƏNİB

Ukraynada son sutkada Rusiyanın, təxminən, 550 canlı qüvvəsi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 70 250 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 659 tank, 5 401 zirehli maşın, 1 406 operativ-taktiki PUA, 1 708 artilleriya sistemi, 380 reaktiv yaylım atəşi sistemi, 195 hava hücumundan müdafiə sistemi, 273 təyyarə, 252 helikopter, 4 107 avtomobil və tanker, 152 xüsusi texnikadan ibarətdir.

09:37

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk vilayətinin Mayorsk rayonunda hücuma hazırlaşan 300-ə yaxın rusiyalı hərbçini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, sanitar aviasiyanın qeyri-sabit işləməsi, Belqorod vilayətinin tibbi infrastrukturunun olmaması və xəstəxanaların 100 % dolması səbəbindən Rusiya yaralıları avtobuslarla yaxınlıqda yerləşən Voronejə təxliyə etməyə məcbur olub.

Qeyd edilib ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Vodyanoe, Kamenka və Nevelskoye yaşayış məntəqələrində Rusiya Silahlı Qüvvələrinin hücumlarını dəf edib.

Son xəbərlər

Orphus sistemi