Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 262 uşaq ölüb, 467-dən çox uşaq güllə və qəlpə yarası alıb.
"Report" xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
Rusiyanın Ukraynaya bir neçə aydır davam edən hücumu nəticəsində 730-dan çox uşaq xəsarət alıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 940 təhsil müəssisəsinə ziyan dəyib, 184-ü isə tamamilə dağıdılıb.
Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.