Ukrayna Baş nazirinin müavini: "Mülki insanlarımız arasında itki hərbçilərimizdən daha çoxdur"

Ukrayna Baş nazirinin müavini: "Mülki insanlarımız arasında itki hərbçilərimizdən daha çoxdur" “100-dən çox uçaq öldürülüb. Bu, Rusiya Prezidenti Vladimir Putinin strategiyasıdır”.
Region
18 Mart , 2022 14:42
Ukrayna Baş nazirinin müavini: Mülki insanlarımız arasında itki hərbçilərimizdən daha çoxdur

“Ukraynada 100-dən çox uşaq öldürülüb. Bu, Rusiya Prezidenti Vladimir Putinin strategiyasıdır”.

“Report” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.

“O, bizim ordumuzun mübarizəsini gördü. İndi müqavimətimizi qırmaqdan ötrü bu strategiyadan istifadə edir. Mülki insanlarımız arasında itki hərbçilərimizdən daha çoxdur”,- o bildirib.

İ.Vereşçuk söyləyib ki, hazırda Ukraynada gediş-gəliş üçün təhlükəsizliyinə əmin olduqları humanitar dəhliz yoxdur: “Bu məsələ ətrafında günün 24 saatı müzakirələr aparırıq. Amma atəşkəs heç də hər zaman qorunmur. Atəşkəs elan oluna bilər. Amma Rusiya arzularını şərt kimi irəli sürür. Ona görə Kremlə təzyiq göstərilməlidir. Sonunadək mübarizə aparacağıq. Türkiyə xalqının dəstəyinə ümid edirik”.

Son xəbərlər

Orphus sistemi