Ukrayna avqustda 4,6 milyard dollar xarici yardım alıb
Region
- 30 avqust, 2022
- 15:34
Ukraynanın avqustda xarici donorlardan aldığı maliyyə yardımının həcmi 4,6 milyard dollar təşkil edib ki, bu da son altı ayda ən yüksək rəqəmdir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
"Bu vəsait bizim üçün çox vacib idi. Onlar bizə avqustda donorlardan daxil olan vəsaitin həcmini 4,6 milyard dollara çatdırmağa imkan verdi. Bu, son 6 ayda aldığımız ən böyük məbləğdir", - Marçenko deyib.
Marçenkonun sözlərinə görə, Qərb ölkələrindən alınan vəsait Ukraynaya bütün zəruri büdcə xərclərini maliyyələşdirməyə imkan verib.
Ukraynanın Baş naziri Denis Şmıqal avqustun 24-də ölkə büdcəsinə ABŞ-dan 4,5 milyard dollarlıq qrant yardımının birinci tranşı olaraq 3 milyard dollar daxil olduğunu açıqlayıb.
Son xəbərlər
13:55
Avropa Şurasının Antidopinq Konvensiyası 2033-cü ildə AMADA-nın fəaliyyətini qiymətləndirəcək
Fərdi13:53
WUF13 rəsmisi: "2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 %-i şəhərlərdə yaşayacaq"
İqtisadiyyat13:51
Türkdilli ölkələrin birgə çəkdiyi Molla Nəsrəddin haqqında film ilin sonuna qədər təqdim olunacaq
Mədəniyyət siyasəti13:50
BMT-nin Baş katibi Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair icmalı təqdim edəcək
Digər ölkələr13:50
Azərbaycan qiymətli məhsulların ixracından gəlirlərini 57 %-ə yaxın artırıb
Biznes13:45
Fişer şahmatı üzrə dünya çempionatı gələn il yenidən Almaniyada keçiriləcək
Fərdi13:44
Foto
İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB-2
Daxili siyasət13:42
Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilovla vida mərasimi keçirilib
Daxili siyasət13:39