Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin dövlət gerbi ilə bağlı məsələ ölkə parlamentinin Konstitusiya komissyasının iclasında müzakirə edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Konstitusya komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından olan deputat Burhan Quzu komissiyanın iclasında dövlət gerbi ilə bağlı qısa açıqlama verib.
Toplantıda dövlət gerbinin olmasının vacibliyi, Türkiyənin poztiv ideallara aid bir gerbə ehtiyacı olduğu vurğulanıb.
Məlumata əsasən, Xalqların Demokratik Partiyasının (Halkların Demokrasi Partisi- HDP) təmsilçiləri komissiyanın iclasında iştirak etməyib.
Burhan Kuzu qurumun HDP-dən olan üzvlərini komissiyanın toplantılarına qatılmağa çağırıb.
Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin dövlət gerbi yoxdur.