TÜRKSOY-un Baş katibi: “Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir”

TÜRKSOY-un Baş katibi: “Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir” “Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir”.
Region
7 Fevral , 2023 15:50
TÜRKSOY-un Baş katibi: “Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir”

“Türk dünyası Türkiyənin acısını ürəyində hiss edir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev tviterdə yazıb.

“Əvvəlcə həmkarlarımızla qan verdik, sonra xeyriyyə işlərinə başladıq. Bu çətin günlər keçəcək, Türkiyəm. Bu gün qanımızı verdik, lazım olsa canımızı verərik. Türk dünyası Türkiyənin yanındadır!”, - o bildirib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 432 nəfər insan həlak olub, 21 103 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Son xəbərlər

Orphus sistemi