Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb

Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb.
Region
17 Mart , 2023 08:55
Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb

Türkmənistanda parlament seçkilərində erkən səsvermə başlayıb.

“Report” xəbər verir ki, bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Prosedur ilk növbədə uzunmüddətli ezamiyyətə və ya məzuniyyətə gedən, habelə martın 26-da seçki günü bu və ya digər səbəbdən öz seçki məntəqəsində səs verməyə gələ bilməyən vətəndaşlar üçün nəzərdə tutulub.

Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, seçki kampaniyasının bütün mərhələləri vaxtında, mövcud milli qanunvericiliyin tələblərinə və qəbul edilmiş beynəlxalq standartlara uyğun təşkil olunub.

Ölkənin bütün 2644 seçki məntəqəsi, o cümlədən xaricdə Türkmənistanın diplomatik nümayəndəliklərində 42 seçki məntəqəsi işə tam hazırdır.

Türkmənistan parlamentinə seçkilər martın 26-na təyin edilib. Həmin gün rayon, şəhər xalq şuralarının və yerli özünüidarə orqanlarının üzvləri seçiləcək.

Son xəbərlər

Orphus sistemi