Türkmənistanda “Lyapis lazur” tranzit-nəqliyyat dəhlizi üzrə seminar keçirilir

Türkmənistanda “Lyapis lazur” tranzit-nəqliyyat dəhlizi üzrə seminar keçirilir Türkmənistanda “Lyapis lazur” tranzit-nəqliyyat dəhlizi üzrə seminar keçirilir. Aşqabad şəhərində keçirilən tədbirin təşkilatçısı ATƏT-dir.
Region
29 Mart , 2022 11:31
Türkmənistanda “Lyapis lazur” tranzit-nəqliyyat dəhlizi üzrə seminar keçirilir

Türkmənistanda “Lyapis lazur” tranzit-nəqliyyat dəhlizi üzrə seminar keçirilir.

“Report” xəbər verir ki, Aşqabad şəhərində keçirilən və təşkilatçısı ATƏT olan tədbirin məqsədi sözügedən nəqliyyat dəhlizinin icrası üzrə strategiyanın təqdim edilməsidir.

Seminara “Lyapis lazur” haqqında sazişi imzalamış Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyədən 60-dan çox nümayəndə qatılıb. Bundan başqa, tədbirə TRASEKA hökumətlərarası daimi katibliyinin rəhbəri, Mərkəzi Asiyada sərhədlərin idarə edilməsi üzrə proqramın nümayəndəsi və ATƏT ekspertləri iştirak edirlər.

ATƏT-in Aşqabaddakı mərkəzinin “Lyapis lazur” tranzit-nəqliyyat dəhlizi haqqında saziş imzalamış ölkələrə dəstəyi çərçivəsində strategiya və fəaliyyət planının işlənib hazırlanmasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi