Türkmənistan vətəndaşlarının ABŞ-yə girişinin məhdudlaşdırılmasından narahatlığını ifadə edib
- 10 iyun, 2025
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənistan vətəndaşlarının ABŞ-yə girişinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar narahatlığını ifadə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Kütləvi informasiya vasitələrində Türkmənistan vətəndaşlarının ABŞ-yə girişinə qismən qadağanın tətbiq edilməsi ilə bağlı məlumatların yayılması ilə əlaqədar Türkmənistanın Xarici İşlər Nazirliyi bildirir ki, belə bir qərar son dərəcə anlaşılmazlıq və narahatlıq doğurur", - məlumatda qeyd olunub.
XİN həmçinin xatırladıb ki, neytral dövlət olan və bu statusu BMT Baş Assambleyasının qətnamələri ilə üç dəfə tanınmış Türkmənistan miqrasiya sahəsində bütün beynəlxalq norma və qaydalara ciddi şəkildə əməl edir.