Bakı. 5 avqust. REPORT.AZ/ Türkmənistan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar beş günlük müddətə Qazaxıstanla sərhədi bağlayıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Türkmənistanda sərhəddə təhlükəsizlik tədbirləri güclənidirlib və bu səbəblə avqustun 4-dən 8-dək sadələşdirilmiş qaydada respublikaya gələn xarici vətəndaşlara ölkəyə giriş qadağan edilib.
Daha əvvəl Türkmənistan və Qazaxıstan arasında sərhəd iyulun 20-dən 25-dək bağlanmışdı.