Türkmənistan əhalisi pulsuz su, elektrik və qazdan məhrum olacaqlar

Türkmənistan əhalisi pulsuz su, elektrik və qazdan məhrum olacaqlar Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkmənistan Hökuməti 2019-ci il yanvarın 1-dən ölkə əhalisinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsini dayandırır.
Region
26 Sentyabr , 2018 10:45
Türkmənistan əhalisi pulsuz su, elektrik və qazdan məhrum olacaqlar
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Türkmənistan Hökuməti 2019-ci il yanvarın 1-dən ölkə əhalisinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsini dayandırır. 

Bu barədə "Report" Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir.

Bu qərar dünən Aşqabadda Xalq Məsləhətinin (Xalq Şurası - ölkənin ali qanunverici orqanı) birinci iclasında qəbul edilib.

Eyni zamanda Xalq Şurası 2019-ci il yanvarın 1-dən Türkmənistan əhalisini elektrik enerjisi, qaz, içməli su, xörək duzu ilə ödənişli əsaslarla, güzəştli qiymətlərlə təmin edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Türkmənistan əhalisinə təbii qaz, su və elektrik enerjisi 1992-ci ildən pulsuz verilir.

Son xəbərlər

Orphus sistemi