Türkmən atçılığına dair beynəlxalq tədbir keçirilib

Türkmən atçılığına dair beynəlxalq tədbir keçirilib Aşqabad şəhərində Beynəlxalq Ahaltəkə Atçılıq Asosiasiyasının XII iclası keçirilib.
Region
20 Aprel , 2022 18:16
Türkmən atçılığına dair beynəlxalq tədbir keçirilib

Aşqabad şəhərində Beynəlxalq Ahaltəkə Atçılıq Assosiasiyasının XII iclası keçirilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilən tədbir çərçivəsində Ahaltəkə atları ilə bağlı zərgərlik və xalça məmulatlarının, sənətkarlıq nümunələrinin, foto işlərinin nümayiş edildiyi sərgi də təşkil olunub.

Qeyd edək ki, 2010-cu ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə təsis edilən Beynəlxalq Ahaltəkə Atçılıq Assosiasiyası “behişt köhləni” adı ilə tanınan məşhur Ahaltəkə atlarının nəslini qoruyub saxlamaq və daha da inkişaf etdirmək, atçılıq ənənələrini davam etdirmək, bununla bağlı müxtəlif ölkələrdəki mütəxəssislərin səylərini əlaqələndirmək məqsədilə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi