Türkiyəyə çamadanda adam keçirməyin qarşısı alınıb

Türkiyəyə çamadanda adam keçirməyin qarşısı alınıb Çamadanı keçirmək istəyən kişi tutulub
Region
21 Fevral , 2017 12:15
Türkiyəyə çamadanda adam keçirməyin qarşısı alınıb

Bakı. 21 fevral. REPORT.AZ/ Türkiyə sərhədçiləri Gürcüstandan ölkə ərazisinə çamadanda adam keçirilməsi cəhdinin qarşısını alıblar.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, polislər əlində çamadan tutan kişidən şübhələniblər və ondan çamadanı açmasını istəyiblər. Çamadan açılandan sonra oradan bir qadın çıxıb.

Məlumata görə, araşdırma nəticəsində 28 yaşlı Gürcüstan vətəndaşının Türkiyədən deportasiya olunduğu və ölkə ərazisinə daxil olmasının qadağan edildiyi məlum olub.

Çamadanı keçirmək istəyən kişi tutulub.

Xəbərdə bildirilib ki, sərhəd məntəqəsində oxşar hadisə üç gün əvvəl də baş verib. O zaman da təhlükəsizlik xidmətinin əməkdaşları böyük çamadanda Türkiyə ərazisinə qanunsuz adam keçirilməsi cəhdinin qarşısını alıb. 

Son xəbərlər

Orphus sistemi