Türkiyədə dərslər bir həftə müddətinə dayandırılıb - YENİLƏNİB-2

Türkiyədə dərslər bir həftə müddətinə dayandırılıb - YENİLƏNİB-2 Fevralın 6-dan etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya əyalətlərində tədrisə iki həftə müddətinə fasilə verilib.
Region
6 Fevral , 2023 18:15
Türkiyədə dərslər bir həftə müddətinə dayandırılıb - YENİLƏNİB-2

Türkiyədə zəlzələyə görə bütün məktəblərdə dərslər bir həftə müddətinə dayandırılıb.

“Report” xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.

Onun sözlərinə görə, tətil 13 fevrala qədər davam edəcək. 

12:37

Fevralın 6-dan etibarən Kahramanmaraş, Hatay, Adıyaman və Malatya əyalətlərində tədrisə iki həftə müddətinə fasilə verilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer məlumat verib.

Onun sözlərinə görə, Diyarbakır, Qaziantep, Şanlıurfa, Adana, Osmaniye və Kilis vilayətlərində tədrisə bir həftə fasilə veriləcək.

11:43

Türkiyənin zəlzələ bölgəsində dərslər bir həftə müddətinə dayandırılıb, hava limanları bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Onun sözlərinə görə, Qaziantep və Kahramanmaraş şəhərlərinə uçuş dayandırılıb.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

Son xəbərlər

Orphus sistemi