Bakı. 27 avqust. REPORT.AZ/ Türkiyənin Xakkari vilayətinin Yüksekova rayonunda küçəyə çıxma qadağası elan edilib.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Bakı saatı ilə 00.30-dan etibarən tətbiq olunmağa başlayan bu qərar bölgədə PKK terrorçularına qarşı aparılan əməliyyatlarla izah olunur.
Qadağanın müddəti ilə bağlı məlumat verilmir.