Türkiyənin XİN rəhbəri Malaziyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib

Türkiyənin XİN rəhbəri Malaziyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb.
Region
4 Avqust , 2022 09:36
Türkiyənin XİN rəhbəri Malaziyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib

Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

“Strateji tərəfdaşımız Malaziyanın Baş naziri İsmail Səbri Yaakobla görüşdük. Onun ötən ay ölkəmizə səfəri zamanı qəbul edilmiş qərarları nəzərdən keçirdik”, - M.Çavuşoğlu tviterdə yazıb.

O, tərəflərin yenilənmiş Azad Ticarət Sazişi imzalayacağını vurğulayıb.

Türkiyə və Malaziya ticarət həcmini 5 milyard ABŞ dollarına çatdırmaq, həmçinin enerji, turizm, nəqliyyat və texnologiyalar sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi