Çavuşoğlu: "Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib"

Çavuşoğlu: "Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib" “Ukrayna müzakirələri dayandırdığını elan edib. Hazırda döyüş meydanında mübarizə davam edir”.
Region
26 May , 2022 14:22
Çavuşoğlu: Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib
Mövlud Çavuşoğlu

“Ukrayna danışıqları dayandırdığını elan edib. Hazırda döyüş meydanında mübarizə gedir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Rusiya və Ukraynadakı hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Atəşkəs müzakirələri ikinci plana keçib. İtaliyanın təşəbbüslərinin nədən ibarət olduğunu tam bilmirik. Bu mövzuda heç kimlə rəqabət aparmırıq. Kim sülh üçün səy göstərirsə, ona dəstək olmağa hazırıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi