Türkiyənin XİN başçısı: "Misirlə əlaqələrdə yeni dövr başlayır"

Türkiyənin XİN başçısı: "Misirlə əlaqələrdə yeni dövr başlayır" Misirlə əlaqələr üçün yeni bir dövr başlayır
Region
118
14 Aprel , 2021 11:24
Türkiyənin XİN başçısı: Misirlə əlaqələrdə yeni dövr başlayır
Mövlud Çavuşoğlu

“Türkiyə-Misir əlaqələri üçün yeni bir dövr başlayır”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rəsmi Ankaranın Misirə səfir təyin edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazir deyib: “Bu məsələni hələlik müzakirə etməmişik. Xarici işlər nazirlərinin müavinləri və diplomatlar səviyyəsində bir toplantı olacaq. Səfir təyinatı məsələsi orada gündəliyə gələ bilər. Bu görüşün tarixi hələ ki məlum deyil”.

“Misirlə qarşılıqlı ziyarətlər olacaqmı” sualına isə M.Çavuşoğlu belə cavab verib: “Niyə olmasın. Qarşılıqlı ziyarətlər də, görüşlər də olacaq”.

Son xəbərlər

Orphus sistemi