Türkiyənin vitse-prezidenti və 15 naziri deputat seçilib

Türkiyənin vitse-prezidenti və 15 naziri deputat seçilib Türkiyədə 28-ci parlament seçkilərinin nəticələri açıqlanıb.
Region
15 May , 2023 10:10
Türkiyənin vitse-prezidenti və 15 naziri deputat seçilib

Türkiyədə 28-ci parlament seçkilərində Nazirlər Kabinetinin 15 üzvü və vitse-prezident Fuat Oktay deputat seçilib.

“Report” xəbər verir ki, F.Oktay Türkiyə Böyük Millət Məclisində paytaxt Ankaranı təmsil edən deputatlardan biri olacaq. 

Bundan əlavə, xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar Kayserinin yeni millət vəkili olublar.

Eyni zamanda, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf, şəhərçilik və iqlim naziri Murat Kurum, təhsil naziri Mahmut Özer, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, ticarət naziri Mehmet Muş Samsundan, xəzinə və maliyyə naziri Nureddin Nebati, daxili işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi , əmək və sosial müdafiə naziri Vedat Bilgin Ankaradan deputat seçiliblər.

Məlumata görə, seçki qutularının açılması prosesi davam edir.

Qeyd edək ki, Türkiyə seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.

Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.

Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.

İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.

Yaşıl Sol Partiyası 62, MHP 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.

Son xəbərlər

Orphus sistemi