Türkiyənin vitse-prezidenti: "Bu gün yeni tarixin başlanğıc günüdür”

Türkiyənin vitse-prezidenti: "Bu gün yeni tarixin başlanğıc günüdür” "Bu gün Türkiyənin regionun və dünyanın sabitliyinə yenidən töhfə verə biləcəyi bir tarixidir”.
Region
28 May , 2023 13:53
Türkiyənin vitse-prezidenti: Bu gün yeni tarixin başlanğıc günüdür”

"Bu gün Türkiyənin yerləşdiyi regionun və dünyanın sabitliyinə yenidən töhfə verə biləcəyi tarixin başlanğıcıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mayın 28-də prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, arxayınlaşmaq olmaz: “Xüsusi vurğuladığımız məsələlərdən biri də zəfər sərxoşluğudur. İlk tura nisbətən indi proses daha sürətli davam edir. Ümid edirəm ki, seçici fəallığı da yüksək olacaq”.

F.Oktay seçiciləri səsvermədə fəal iştiraka çağırıb: “Bu, bizim vətəndaşlıq borcumuzdur. Çünki qarşıda uzun 5 il var. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıram".

Son xəbərlər

Orphus sistemi