​Türkiyənin tanınmış iş adamının ölüm səbəbi açıqlanıb

​Türkiyənin tanınmış iş adamının ölüm səbəbi açıqlanıb Mustafa Koç piylənmədən əziyyət çəkdiyi üçün davamlı idmanla məşğul olub
Region
22 Yanvar , 2016 16:18
​Türkiyənin tanınmış iş adamının ölüm səbəbi açıqlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış iş adamı, "KOÇ" Holdinq şirkəti İdarə Heyətinin sədri Mustafa Koçun ölümünün səbəbi açıqlanıb.  

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ürək-damar xəstəliyi üzrə cərrah, professor Bingür Sönməz bildirib ki, M.Koç gənc yaşlarından qan damarı divarının qalınlaşmasından əziyyət çəkirmiş. 

Məlumata görə, mərhum iş adamı 2002-ci ildə ABŞ-da ürək damarından (koronar şuntlama) 3 dəfə cərrahiyyə əməliyyatı olunub.

O, piylənmədən əziyyət çəkdiyi üçün davamlı idmanla məşğul olub. Hətta son 4-5 ayda 40 kiloqram arıqlayıbmış. Ona görə də Mustafa Koçun bu səbəbdən həyatını itirdiyi ehtimal edilirdi.

Bingür Sönməz bildirib ki, Mustafa Koçun ölmünə səbəb çəki atması deyil, gənc yaşlarından qan damarı divarının qalınlaşmasıdır.

Son xəbərlər

Orphus sistemi