Türkiyənin şimalında avtobus qəzasında 23 nəfər yaralanıb

Region
  • 06 aprel, 2025
  • 10:54
Türkiyənin şimalında avtobus qəzasında 23 nəfər yaralanıb

Türkiyənin şimalındakı Çorum şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 23 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Adana Qızıl Portağal Çiçəyi Festivalından qayıdan şəxsləri daşıyan <…> tur şirkətinə məxsus avtobus Yozqat – Çorum şosesində Elicek kəndi yaxınlığında yoldan çıxaraq yol kənarındakı torpaq əraziyə çırpılıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, 54 nəfərin olduğu nəqliyyat vasitəsində 23 nəfər yaralanıb. Olduqları yerdə sıxılı vəziyyətdə qalan bəzi yaralılar xilasedicilər tərəfindən qurtarılıblar.

Yaralıların həyati təhlükədə olmadığı vurğulanıb.