Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyədə son 17 gündə spirtli içkidən zəhərlənən 91 nəfərdən 20-si vəfat edib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumata görə, İstanbulda oktyabrın 18-dən bu günə qədər xəstəxanalara müraciət edən 91 nəfərin spirtli içkidən zəhərləndiyi məlum olub: "Zərərçəkənlərdən 20-si həyatını itirib. Hazırda 10 xəstə reanimasiyada, 21 nəfər isə müşahidə altında saxlanılır. Bundan başqa, 4 xəstənin analizlərinin cavabı hələlik alınmayıb".