Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 17-yə çatıb

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 17-yə çatıb Türkiyənin Kasatmonu, Bartın və Sinop şəhərlərində leysan yağışlar bir sıra fəsadlar törədib.
Region
12 Avqust , 2021 22:15
Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 17-yə çatıb
0 : 00
0 : 00

Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 17-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

18:01

Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 11-ə çatıb.

"Report"un “Haber Global”a istinadən məlumatına görə, 1 nəfər itkin düşüb.

Hazırda axtarışlar davam etdirilir.

Coşqun Əliyev

08:51

Türkiyənin Kasatmonu, Bartın və Sinop şəhərlərində leysan yağışlar bir sıra fəsadlar törədib.

"Report"un “Haber Global”a istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Qeyd edilir ki, leysan yağışların səbəb olduğu sel nəticəsində Kastamonuda 2 nəfər ölüb, Bartında 1 nəfər itkin düşüb.

Təbii fəlakət hər üç şəhərə ciddi ziyan vurub, bir sıra ciddi fəsadlara yol açıb. Hazırda bu yaşayış yerlərində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə xidmətləri həyata keçirilir, təxliyə işləri görülür.

Son xəbərlər

Orphus sistemi