Türkiyənin müdafiə naziri: “Ərdoğan və Putin “S-400”lə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”

Türkiyənin müdafiə naziri: “Ərdoğan və Putin “S-400”lə bağlı müqavilənin parametrlərini müzakirə edəcək” Fikri Işık danışıqların detalları haqda məlumat verməyib
Region
24 Aprel , 2017 12:58
Türkiyənin müdafiə naziri: “Ərdoğan və Putin “S-400”lə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”

Bakı. 24 aprel. REPORT.AZ/ “Mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə “S-400” zenit-raket kompleksinin satışı ilə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.

O, danışıqların detalları haqda məlumat verməyib: “Onu açıqlamaq düz olmazdı”.

Türkiyənin Rusiyadan “S-400” alınması ilə bağlı danışıqlar aparması ötən ilin noyabrında məlum olub.

Qeyd edək ki, bir müddət əvvəl Fikri Işık bu kompleksin əldə edilməsi ilə bağlı müqavilənin imzalanmasının bir addımlığında olduqlarını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi